Этот сайт использует файлы cookie для хранения данных. ПРИНЯТЬ И ПРОДОЛЖИТЬ

Kruizlər
Круизы

Kruizlər üçün məlumat
Памятка по круизам

Səhifədə sürətli naviqasiya / Быстрая навигация по странице

AZ Kruizlər üçün məlumat        RU Памятка по круизам

Kruizlər üçün məlumat

Kruiz səyahətinizə başlamazdan əvvəl, bron etdiyiniz kruizə uyğun olaraq bizim tövsiyələrimizlə tanış olmağınızı tövsiyə edirik. Bu, xüsusilə ilk dəfə kruizlə səyahət edənlər üçün faydalıdır, baxmayaraq ki təcrübəli kruizçilər üçün də bununla tanış olmaq faydalı olacaq.

Səyahətə götürməli olduğunuz sənədlərin siyahısı

  • Xarici pasport marşrutunuza uyğun vizalar ilə.
  • Kruiz vauçeri.
  • Təyyarə biletinin nüsxəsi.
  • Otel/transfer/ekskursiya vauçerləri
  • Tibbi sığorta.

Nəqliyyat xidməti

Dəniz limanına bir neçə yolla çatmaq mümkündür: əvvəlcədən şirkətimizdən transfer sifariş etmək, kruiz şirkətinin qrup transferindən istifadə etmək və ya hava limanında taksi sifariş etmək. Kruiz gəmisinə gəlişinizi gəminin yola düşməsindən iki-üç saat əvvəl planlaşdırmalısınız.

Qeydiyyat və borta minmə saat 12:00-da və ya yola düşmədən 4 saat əvvəl başlayır, bu seçdiyiniz kruiz şirkətinin qaydalarına uyğun olaraq dəyişə bilər (kruizi bronlaşdırma zamanı dəqiqləşdirin) və gəminin yola düşməsindən bir saat əvvəl bitir.

Gecikmək qətiyyən tövsiyə edilmir, çünki gəmi cədvələ uyğun olaraq dəqiq yola düşür və sizə növbəti limana öz hesabınıza getmək lazım olacaq.

Gəmiyə minmə dəniz limanında, kruiz terminalında həyata keçirilir (terminal nömrəsini həmişə səyahət sənədlərinizi aldıqda dəqiqləşdirin).

Bagaj

Limana çatdıqda yükünüzü kruiz şirkətinin işçilərinə — yük daşıyanlara təhvil verməlisiniz, yük təhvil verilməsi stendində hər bir baqaja kabinənizin nömrəsini göstərən xüsusi etiketlər əlavə etdikdən sonra (yüklərin təhvil verilməsi proseduru adətən liman terminalına daxil olanda baş verir). Yük daşıyanlara hər bir baqaj üçün 2 ABŞ dolları və ya avro məbləğində bəxşiş ödəməlisiniz.

Qeydiyyatdan keçdiyiniz gün bütün dəyərli əşyalarınızı, sənədlərinizi, dərmanlarınızı, çimərlik geyimlərinizi (əgər isti mövsümdə kruizə gedirsinizsə), oxumaq üçün noutbuk və ya kitablarınızı və gəmidə ilk saatlarınız üçün lazım olacaq digər əşyalarınızı ayrıca əl yükü olaraq götürməyi tövsiyə edirik. Çünki sizin yükünüz kabinənizə bir müddət sonra çatdırılacaq, siz isə qeydiyyatdan keçəndən dərhal sonra gəminin bütün infrastrukturasından istifadə edərək dincələ və istifadə edə bilərsiniz: restoranlara, barlara gedə, hovuzun kənarında günəşlənə, və ya istirahət zonalarına keçə bilərsiniz.

Minmə

Gəmiyə minmə kruiz vauçerində göstərilən vaxtda başlayır, hər bir şirkətin öz qaydaları vardır (kruizi bronlaşdırma zamanı dəqiqləşdirin). Qeydiyyatdan keçərkən sizdən pasport və kruiz vauçerini təqdim etməyiniz tələb olunur. Sizin səyahət sənədləriniz, viza etibarlılığı yoxlanılacaq və sizə plastik kart veriləcək, bu kart eyni zamanda şəxsiyyət vəsiqəniz, kabinənizin açarı və kruiz zamanı əlavə xərclərinizin ödənməsi üçün kredit kartı olacaq.

Belə bir plastik kartı ödəniş vasitəsi kimi əldə etmək üçün sizdən nağd pul depoziti tələb olunacag və ya öz kredit debet kartınızı təqdim etməyiniz lazım olacaq (kartınızda kifayət qədər vəsait olduğuna əvvəlcədən əmin olun).

Suitlərdə qalan və ya klub üzvləri üçün prioritet gediş

Suit kateqoriyasında kabinələri bron etmiş sərnişinlər və klubların üzvləri prioritet gediş hüququndan istifadə edə bilərlər. Liman terminalına gəldikdən sonra, xahiş edirik müvafiq xidmətlər haqqında bütün lazımi məlumatı almaq üçün Müştəri Xidmətlərinə yaxınlaşın.

Kruiz bitdikdən sonra sahilə eniş

Kruiz gəmisindən enişin qaydaları və proseduru haqqında məlumat, kruizin sonuncu günündən əvvəl, məlumat vərəqəsi şəklində və bagaj etiketləri ilə birlikdə kabinəyə təqdim ediləcək. Son günün axşamı saat 23:59-dək əsas bagajınızı bagaj etiketləri ilə işarələyib kabinənizin qapısının qarşısına qoymalısınız. Şəxsi heyət bagajınızı toplayacaq və liman terminalına çatdıracaq, burada siz çıxış zamanı bagajızı ala bilərsiniz. Çıxış günü lazım olacaq geyim, ayaqqabı və digər vacib əşyaları növbəti gün üçün əl çantanıza qoymağınız tövsiyə olunur.

Gəmidə

Proqram

Bortda rahat şəkildə hərəkət etmək üçün hər gün axşam kabinənizə təqdim ediləcək "Günlük Proqramdan" istifadə edin. Günün Proqramında gəmidə keçirilən fəaliyyətlər, məşğələlər, həmçinin kruiz zamanı təklif olunan maraqlı tədbirlər, xidmətlər və kampaniyalar barədə məlumat tapacaqsınız. Hətta sahilə eniş edərkən belə "Günlük Proqramını" yanınızda saxlamağınızı tövsiyə edirik, çünki burada gəminin əlaqə məlumatları və gəmiyə minmə vaxtı haqqında da məlumat verilmişdir.

Geyim forması

Müasir gəmilərin bortunda geyim tərzini gündəlik-əlegant adlandırmaq olar. Gün ərzində istədiyiniz hər şeyi geyinə bilərsiniz: şalvar, ətək, cins şalvar, köynək, şort v.s. Hətta hovuzda istirahət edərkən geyiminizi dəyişməyə vaxtınız olmadıqda, narahat olmayın: çimərlik geyimi pareo ilə və ya sarafan - bufet və açıq gündüz restoranına getmək üçün uyğun sayılır. Axşam tədbirlərinə gəldikdə: restoranda şam yeməyi, tamaşalara, kazinoya, rəqs salonlarına getmək zamanı elegant geyim tərzini seçməyinizi tövsiyə edirik: kişilər köynək və şalvar və ya cins şalvarla olmalıdır. Qadınlar adətən don və ya elegant geyimlərə üstünlük verirlər. Restorana çimərlik geyimləri, köynək və şortlarla girməyiniz tövsiyə edilmir.

İsti iqlim üçün gündəlik geyim olaraq yüngül, nəfəs ala bilən parçalardan hazırlanmış geyimlər tövsiyə edirik. Soyuq iqlim üçün isə üst-üstə geyilə bilən geyimlər, həmçinin yağışa qarşı paltar, çətir və əlcəklər tövsiyə olunur. Fitness mərkəzində məşq etmək üçün idman geyimi və idman ayaqqabısı götürməyi unutmayın. Ekskursiyalar zamanı rahat geyim və ayaqqabılar tövsiyə edirik. Bəzi turistik yerləri ziyarət edərkən, getdiyiniz yerə uyğun geyimə ehtiyacınız ola bilər. Məsələn, açıq geyimdə və ya şortla kilsəyə və ya digər dini yerlərə buraxmıya bilərlər.

Gəmidə əlaqə, internetə giriş

Bütün gəmilərdə xüsusi yerlər (internet-kafeler) mövcuddur, burada əlavə ödənişlə internet xidmətləri təklif olunur. Bəzi gəmilərin kabinələrində internet ilə təchiz olunub (bu məlumatı rezervasiya edərkən dəqiqləşdirmək lazımdır). Təcili əlaqə qurmaq üçün bütün gəmilərdə müasir peyk telefonlarından istifadə etmək mümkündür. Ayrıca, gəmidən e-poçt göndərmək və qəbul etmək və ya faks göndərmək imkanı da var, bunun üçün gəmilərin qeydiyyat stendinə müraciət etmək lazımdır.

Gəmidə mobil telefonlar

Gəmidə siz daxil olan zəngləri qəbul edə, zəng edə və SMS mesajları ala bilərsiniz, lakin əlaqə keyfiyyəti sahil məsafəsindən asılıdır.

Gəmidə həkim xidməti

Gəmidə sertifikatlaşdırılmış həkim və ya tibb bacısı xidməti göstərilir. Zərurət yaranarsa, gəmi həkimi ən sadə dərmanları yazıb verə bilər. Lakin unutmayın ki, gəmidə təqdim olunan tibbi avadanlıq və dərmanlar yalnız ümumi sağlamlıq baxımını təmin edə bilər. Təəssüf ki, kruiz gəmiləri, xüsusi avadanlıq və dərmanlara ehtiyacı olan xəstələrə qulluq göstərə bilmir. Belə şərtlərə ehtiyacı olan sərnişinlər sahilə təxliyə edilə bilər.

Xüsusi tədbirlər

Kruiz — həyatınızdakı və ya ailənizin həyatındakı vacib bir hadisəni qeyd etmək üçün əla bir yoldur. Təbrik etmək üçün eksklüziv şampan və ya qəlyanaltılarla bir tepsi və ya menyudan xüsusi bir sifariş edə bilərsiniz, bu da sevincinizi bayram atmosferində qeyd etməyə imkan verəcək. Həmçinin, biz təzə evlənənlər üçün və ya nikah mərasimləri keçirmək üçün bayram xidmətlərini əvvəlcədən sifariş etməyi təklif edirik. Əgər gəmidə bayramınızı qeyd etmək istəyirsinizsə, bu barədə ən azı üç həftə əvvəl kruiz menecerinizə məlumat verməlisiniz.

Kruizin qiymətinə nələr daxildir

Kruizin qiymətinə gecələmə, "hər şey daxil" yemək sistemi (alkoqollu içkilər istisna olmaqla), bütün əyləncə tədbirləri, idman zallarından və hovuzlardan istifadə, uşaq klublarından istifadə daxildir.

Əlavə ödənişlə:

◼️ Alternativ restoranlarda masa rezervasiyası (qiymət 10-dan 60 $ arasında dəyişir, kruizi rezervasiya edərkən dəqiqləşdirin) — əsas restoranlarda masa üçün əlavə ödəniş tələb olunmur.
◼️ Alkoqollu və sərinləşdirici içkilər;
◼️SPA mərkəzi və gözəllik salonu xidmətləri;
◼️ Boulinq, kazino, sahil turları, fərdi dərslər;
◼️ Quru təmizləmə xidməti
◼️ Gəmidə gömrük rüsumunnan azad ticarət mağazalarından alınan mallar;
◼️ Fotostudiyada sifariş verilən şəkillər;
◼️ Telefon xidməti;
◼️ internet;
◼️ Faks göndərilməsi;
◼️ Bəxşiş.

Nağd pullar və gəmi hesabı

Gəmidə qeydiyyatdan keçərkən, depozit qoyaraq gəmi hesabı açırsınız, bu hesabda gəmidə etdiyiniz bütün alış-verişlər qeydə alınır. Gəmidə xidmət və ya mal aldıqda, həmişə gəmi kartınızı təqdim etməlisiniz və sizə çek verildikdə, çekdə soyadınızı və kabina nömrənizi imzalamalısınız. Hər bir alış-veriş və ya xidmət sifarişi zamanı sərnişinə çekin surəti verilir. Məsləhətimiz odur ki, bütün çek surətlərini saxlayın, beləliklə kruizin sonunda yekun hesabla bağlı narahatlıq yaşamazsınız və ya son hesabın düzəldilməsini hüquqi olaraq tələb edə bilərsiniz. Kruizin sonuncu gecəsi hesabınız otagınıza təqdim ediləcək. Hesabınızdakı məbləğlərlə bağlı hər hansı bir sualınız yaranarsa, qeydiyyat masasına müraciət edin. Bütün məsələləri gəmidən enməzdən əvvəl həll etməyi tövsiyə edirik ki, eniş günü gəmidə əlavə vaxt itirmiyəsiniz. Həmçinin, unutmamalısınız ki, yekun hesabdan sonra edilən hər hansı bir alış-veriş əlavə olaraq eniş günü ödənilməlidir.

Baxşişlər, kruiz zamanı xidmət haqqı ödənişi

Adətən, kruiz şirkəti kruizin sonunda xidmət haqqı üçün bəxşiş məbləğini avtomatik olaraq gəmi hesabınıza əlavə edir (bəxşiş məbləği hər kruiz şirkətində fərqli olur — rezervasiya edərkən dəqiqləşdirin). Bu məbləğ, kruiz zamanı sizə xidmət edən və gəmidə istirahətinizi rahat və xoş edən personalın maaşına əlavə olunacaq. Əgər xidmətlə bağlı hər hansı bir şikayətiniz yaranarsa, zəhmət olmasa, bunu qeydiyyat masasında olan əməkdaşa bildirin.

Gəmidə xidmət dili

Rəsmi dil gəmilərdə ingilis dili hesab olunur. Çox vaxt qeydiyyat masasında və gəminin digər bir çox zonasındakı personal arasında rusdilli işçilər də olur — onlardan kömək istəyə bilərsiniz.

Heyvanlar

Şirkətin qaydalarına əsasən, heyvanların gəmiyə minməsi qadağandır.

Gəmidə spirtli içki

Əgər kruizdən əvvəl alkoqol alırsınızsa, bu şüşə və ya qablar seyfə qoyulacaq və kruizin sonuncu günü sizə geri veriləcək. 18 yaşdan kiçik sərnişinlər gəmidə alkoqollu içki alıb qəbul edə bilməzlər. 18-dən 20 yaşadək sərnişinlər valideynlərinin və ya müşayiət edən şəxsin yazılı icazəsi ilə yüngül alkoqollu içkiləri (şərab və pivə) gəmidə beynəlxalq sularda (Alaska və Havaylar istisna olmaqla) ala bilərlər. Alaska və Havaylarda isə alkoqol alan sərnişinlərin yaşı 21 dən az olmamalıdır.

Gəmidə siqaret çəkmək barədə

Hər bir kruiz gəmisində siqaret çəkmək icazə verilmir, kruiz rezervasiyası edərkən bu barədə mütləq məlumat alın. Əgər gəmidə siqaret çəkmək icazə verilirsə, o zaman öz kabinənizin balkonunda, kazino, Cigar Bar və açıq havada siqaret çəkə bilərsiniz (istisnalar: idman zalı, uşaq hovuzunun yaxınlığı, yemək məkanları). Kruiz şirkətinin qaydalarına və siqaret çəkməyən sərnişinlərin sağlamlığını qorumağa yönəlmiş tədbirlər çərçivəsində restoranlar, liftlər, teatrlar və digər ictimai yerlərdə siqaret çəkmək qadağandır. Zəhmət olmasa, unutmayın ki, açıq havada siqaret çəkmək məcburi təhlükəsizlik məşqinin keçirildiyi vaxtda, tenderlərə keçid zamanı və ya gəminin yanacaq doldurulması zamanı qadağandır.

Sahil turları

Sahil turlarını əvvəlcədən bizim şirkətimizdə sifariş edə bilərsiniz və ya gəmidəki ekskursiya bürosundan (adətən qeydiyyat masası yaxınlığında yerləşir) ala bilərsiniz. Biz ekskursiyaları kruizin ilk günü və ya kruizə başlamazdan əvvəl əldə etməyinizi tövsiyə edirik ki, getmək istədiyiniz ekskursiyaya öncədən qoşulmağınızdan əmin olasınız.

Unutmayın ki hər hansı bir ekskursiya vacib səbəblərdən ləğv oluna və ya dəyişdirilə bilər: pis hava şəraiti səbəbindən limana getmənin mümkün olmaması, lazım olan iştirakçı sayının yığılmaması və s.

Hər limanda sərnişin gəmidə ən geci gəminin yola düşməsindən bir saat əvvəl olmalıdır. Zəhmət olmasa, unutmayın ki, gəmi vaxtı saat qurşağından və limanın yerli vaxtından asılı olaraq dəyişir. Kruiz boyunca vaxt dəyişikliklərini mütləq izləyin. Əgər gəmini qaçırsanız, gəmi marşrutuna qoşulmaq üçün çəkdiyiniz bütün xərclər yalnız sizin məsuliyyətinizdə olacaq.

Təhlükəsizlik məşq

Kruizin ilk günü məcburi təhlükəsizlik məşqi keçirilir, burada sizə təxirəsalınmaz vəziyyətlərdə necə davranmalı olduğunuz barədə məlumat veriləcək.

Gəmidə ziyarətçilər

Təhlükəsizlik məqsədilə kruiz şirkətləri gəmidə ziyarətçilərin qəbul edilməsinə icazə vermir.

Seyf

Hər bir kabinədə seyf mövcuddur. Bütün dəyərli əşyalarınızı və pullarınızı seyfdə saxlayın. Unutmayın ki, kruiz şirkəti, kabinədə və ya gəmidə nəzarətsiz saxlanılan dəyərli əşyaların itirilməsi və ya zədələnməsi görə məsuliyyət daşımır.

Digər xüsusiyyətlər

▶️ Hamiləlik. Təhlükəsizlik məqsədilə, kruiz zamanı gəmidə hamilə qadınlar 24 həftə və ya daha çox hamiləlik dövrü ilə qəbul edilmir. Qeydiyyat zamanı hamilə qadınlar tibbi sənəd təqdim etməlidirlər.

Uşaqlar və 21 yaşdan kiçik sərnişinlər.
Tibbi məhdudiyyətlər səbəbindən kruiz şirkətləri 6 ay və ya daha kiçik yaşlı körpələri kruizə qəbul etmir. 2 yaşdan yuxarı uşaqlar üçün gəmidə uşaq yataqları mövcuddur.

▶️ 21 yaşdan kiçik sərnişinlər valideyn, qəyyum və ya 21 yaşdan yuxarı bir müşayiətçi ilə səyahət etməlidirlər. Əgər müşayiətçi rəsmi nümayəndə və ya valideyn deyilsə, uşağın ölkədən çıxmasına dair notarial təsdiqlənmiş icazə tələb olunur. Bir valideynlə səyahət edən uşaqlar, digər valideynin uşağın ölkədən çıxmasına razılığını təsdiqləyən sənədə malik olmalıdırlar. Məlumatın olmaması gəmidə yerləşdirmə imtinasına səbəb ola bilər və heç bir kompensasiya ödənilməz.

18 yaşına çatmamış sərnişinlər kazinoya qəbul edilmir. Fitnes mərkəzini ziyarət edən 16 yaşdan kiçik uşaqlara böyüklərin müşayiəti edilməlidir.

▶️ Əlilliyi olan sərnişinlər
Bütün gəmi sərnişinlərində əlilliyi olan insanlar üçün xüsusi təchiz edilmiş kabinələr mövcuddur. Bu kabinələr daha geniş qapı keçidləri, daha geniş vanna otaqları, güclü işıqlandırma və məhdud görmə və eşitmə qabiliyyəti olan sərnişinlər üçün vibrasiya edən saatla təchiz olunub.

Sərnişinlər kruiz rezervasiyasını edərkən şirkəti hər hansı bir fərdi tibbi, fiziki və digər ehtiyacları barədə əvvəlcədən məlumatlandırmalıdırlar, çünki bəzi kateqoriyalar üçün rezervasiya təsdiqləndikdə yazılı icazə tələb oluna bilər. Dənizdəki qeyri-müəyyən şəraitlər səbəbindən, əgər əlilliyi olan sərnişin təhlükəsizlik və ya digər kriteriyalara cavab vermirsə, hətta kömək göstərilsə belə, kruiz şirkəti sərnişindən alternativ xidmətlər rezervasiya etməsini tələb edə bilər.

Öz əsas ehtiyaclarını (geyinmək, yemək, hərəkət etmək və s.) ödəyə bilməyən sərnişinlər müşayiətçi ilə səyahət etməlidirlər.

Памятка по круизам

Перед тем, как вы отправитесь в круизное путешествие, рекомендуем вам ознакомиться с нашей памяткой в соответствии с забронированным вами круизом. Полезна она будет особенно тем, кто отправляется в круиз впервые, хотя и для бывалых круизеров ознакомление с ней не будет лишним.

Список поездных документов, которые необходимо взять с собой

  • Заграничный паспорт с оформленными визами согласно вашему маршруту. 
  • Круизный ваучер. 
  • Распечатка брони авиабилетов.
  • Ваучеры на отели/трансферы/экскурсии.
  • Медицинская страховка.

Трансфер

Добраться до морского порта можно несколькими способами: заранее заказать трансфер в нашей компании, воспользоваться групповым трансфером самой круизной компании или заказать такси в аэропорту. Свое прибытие на круизный лайнер вам следует планировать за два-три часа до отправления лайнера.

Регистрация и посадка на лайнер начинается с 12.00 дня или за 4 часа до отплытия, в зависимости от правил той или иной круизной компании (уточняйте при оформлении круиза) и заканчивается за один час до отправления лайнера.

Опаздывать категорически не рекомендуется, так как лайнер уходит строго по расписанию и вам придется за свой счет добираться до следующего порта захода лайнера.

Посадка на лайнер осуществляется в морском порту в круизном терминале (номер терминала всегда уточняйте при получении проездных документов).

Багаж

По прибытии в порт вам необходимо сдать багаж погрузчикам — сотрудникам круизной компании, на Стойке сдачи багажа, предварительно прикрепив к каждому багажу специальные бирки с номером своей каюты (процедура сдачи багажа как правило происходит при входе в портовый терминал). С погрузчиками необходимо расплатиться чаевыми из расчета 2 дол/евро за каждый багаж. 

Рекомендуем в день регистрации все ценные вещи, документы, медикаменты, купальные принадлежности (если вы отправляетесь в круиз в жаркий период года), ноутбук для чтения или книги и другие необходимые вещи на первые часы пребывания на лайнере, взять с собой в отдельную ручную кладь, так как ваш багаж будет к вашей каюте доставлен позже, а вы можете уже сразу полноценно после регистрации отдыхать и пользоваться всей инфраструктурой лайнера: посещать рестораны, бары, загорать у бассейна, расположиться на отдых в зонах релаксации или на палубах.

Посадка

Посадка начинается в указанное в круизном ваучере время, у каждой компании свои правила (уточняйте при оформлении круизного тура). Проходя регистрацию, вы должны предъявить паспорт и круизный ваучер. У вас проверят проездные документы, действительность виз и выдадут бортовую пластиковую карту, которая одновременно будет являться вашим удостоверением личности, ключом к каюте и кредитной картой для оплат ваших дополнительных расходов во время круиза.

Для получения такой пластиковой карты как платежного средства вам необходимо предоставить депозит наличными или указать собственную кредитную дебетовую карту (проверьте заранее наличие на карте достаточной суммы денег).

Приоритетная посадка для пассажиров сьютов или членов клубов

Пассажиры, забронировавшие каюты категории Сьют, члены клубов лояльности, могут воспользоваться правом приоритетной посадки. По прибытии в портовый терминал, пожалуйста, обратитесь в Службу по работе с клиентами, чтобы получить всю необходимую информацию об этой услуге.

Высадка на берег по окончанию круиза

Информация о порядке и процедуре высадки с круизного лайнера предоставляется в каюту накануне последнего дня круиза в качестве информационного листка вместе с багажными бирками. В последний вечер до 23:59 основной багаж необходимо снабдить багажными бирками и выставить за дверь своей каюты. Персонал соберет багаж и доставит его в портовый терминал, где вы сможете его получить по выходу. Рекомендуем оставить на следующее утро одежду, обувь, а также другие необходимые вещи, которые вам понадобятся в день высадки — сложите их в ручную кладь.

На борту

Программа

Для того чтобы полноценно ориентироваться в жизни на борту, пользуйтесь «Программой дня», которую ежедневно вам будут доставлять вечером в каюту. В программе дня вы всегда найдете расписание мероприятий, занятий, проводимых на лайнере в течение дня, а также о самых интересных мероприятиях, услугах или акциях, проводимых во время круиза. Рекомендуем иметь листок с «Программой дня» с собой, даже при высадке на берег, так как в ней указаны контактная информация лайнера и информация о времени отхода лайнера.

Форма одежды

Стиль одежды на борту современных лайнеров можно назвать повседневно-элегантным. В течение дня вы можете носить все, что пожелаете: брюки, юбки, джинсы, футболку, шорты и прочее. Даже если вы только что отдыхали у бассейна и не успели переодеться, ничего страшного: купальный костюм с парео или сарафаном — приемлемый внешний вид для посещения шведского стола и открытого дневного ресторана. Когда наступает время для вечерних мероприятий: ужин в ресторане, посещение спектаклей, казино, танцзалов, рекомендуем придерживаться элегантной формы одежды: мужчины должны быть в рубашке с брюками или джинсами. Женщины обычно надевают платья или что-то элегантное. Проход в ресторан в купальных костюмах, футболках и шортах не рекомендуется.

Для повседневной одежды рекомендуем в теплом климате носить одежду из легких, дышащих тканей. Для прохладного климата мы рекомендуем одежду, которую можно надевать одну на другую, а также, возможно, дождевик, зонт, перчатки. Не забудьте взять с собой спортивную одежду и кроссовки для занятий в фитнес-центре. Во время экскурсий предпочтительны удобная одежда и обувь. При посещении некоторых достопримечательностей вам понадобится соответствующая одежда. Например, в открытых топах или в шортах вас могут не пустить в церковь или другие религиозные места.

Связь на борту, доступ в Интернет

На всех лайнерах есть специальные места (интернет-кафе), где предоставляются интернет услуги за дополнительную оплату. Некоторые лайнеры оснащены интернет связью в каютах (необходимо уточнять при бронировании). Для случаев экстренной связи можно воспользоваться современными, спутниковыми телефонами, которыми оснащены все лайнеры. Есть возможность также получать и посылать е-мейл или факс с лайнера, для этого необходимо обращаться на стойку регистрации лайнера.

Сотовые телефоны на борту 

На борту лайнера вы можете принимать входящие звонки, звонить и принимать смс-сообщения, но качество связи зависит от удаленности от береговой линии.

Услуги доктора на борту

На борту лайнера предоставляются услуги сертифицированного доктора или медсестры. В случае необходимости бортовой врач может прописать вам самые простые медикаменты. Но помните, что медицинское оборудование и медикаменты, представленные на лайнере, могут оказать только общий уход за здоровьем. К сожалению, круизные лайнеры не могут предложить уход за больным, которому требуется специализированное оборудование и медикаменты. Пассажиры, нуждающиеся в таких условиях, могут быть эвакуированы на берег.

Особые события

Круиз — это отличный способ отметить важное событие в вашей жизни или жизни вашей семьи. Вы можете заказать для поздравления набор эксклюзивного шампанского или поднос с деликатесами, или что-то особенное из меню, что позволит отметить ваше событие празднично. Мы также предлагаем заранее заказать праздничные услуги для молодоженов и для проведения свадебных церемоний. Если вы желаете отметить праздник на борту лайнера, сообщите об этом как минимум за три недели до отправления своему круизному менеджеру.

Что включено в стоимость круиза

В стоимость круиза входит проживание в каюте, питание по системе «все включено», за исключением алкогольных напитков», все развлекательные мероприятия, занятия спортом, пользование тренажерными залами и бассейнами, пользование детскими клубами.

Дополнительно оплачиваются: 

◼️ бронирование столиков в альтернативных ресторанах (цена колеблется от 10 до 60$ на человека, уточняйте при бронировании круиза) — оплата за столик в основных ресторанах не берется;
◼️ алкогольные и прохладительные напитки; 
◼️ услуги SPA-центра и салона красоты;
◼️ боулинг, казино, береговые экскурсии, индивидуальные занятия; 
◼️ услуги прачечной; 
◼️ товары, приобретенные в магазинах беспошлинной торговли на борту лайнера; 
◼️ фотографии, заказанные в фотостудии; 
◼️ услуги телефонной связи; 
◼️ интернет; 
◼️ отправка факса;
◼️ чаевые.

Наличные деньги и бортовой счет

При регистрации на лайнер вы, предоставив депозит, открываете бортовой счет, на котором фиксируются все ваши покупки, сделанные на лайнере. При покупке услуги или товара на борту, вам необходимо всегда предъявлять бортовую карту, а когда вам оформят чек — на чеке подписать свою фамилию и номер каюты. Пассажир получает копию чека при каждой покупке или заказе услуги. Наш совет — хранить все копии чеков, чтобы в конце круиза при окончательном расчете не сомневаться в своих тратах или правомерно просить корректировать окончательный счет. В последний вечер круиза ваш счет будет доставлен вам в каюту. По каким-либо вопросам о суммах в счете обращайтесь на стойку регистрации. Мы рекомендуем решать все вопросы накануне высадки с лайнера, чтобы не задерживаться на лайнере лишнее время в день высадки. Не забывайте также, что любые покупки, сделанные после окончательного расчета, должны быть оплачены дополнительно в день высадки.

Чаевые, оплата за обслуживание во время круиза

Как правило, круизная компания автоматически в конце круиза добавляет к вашему бортовому счету сумму чаевых за обслуживание (сумма чаевых у каждой круизной компании разная — уточняйте при бронировании). Эта сумма будет добавлена к зарплате тех, кто обслуживал вас во время круиза и делал ваше пребывание на борту комфортным и приятным. Если у вас появятся какие-либо замечания в отношении сервиса, пожалуйста, сообщите об этом персоналу на стойке регистрации.

Язык обслуживания на борту

Официальным языком на борту лайнеров считается английский. Очень часто на стойках регистрации, как и в других многочисленных зонах лайнера работают русскоязычные сотрудники — попросите их уделить вам внимание.

Животные

В соответствии с правилами компании животные на борт лайнеров не допускаются.

Алкоголь на борту

Если вы приобретаете алкоголь до начала круиза, эти бутылки или контейнеры будут помещены в сейф и возвращены вам в последний день вашего круиза. Пассажиры моложе 18 лет не могут употреблять или приобретать алкогольные напитки на борту. Пассажиры от 18 до 20 лет должны иметь письменное разрешение родителей или их сопровождающего о том, что они могут приобретать легкие алкогольные напитки (пиво и вино) во время нахождения лайнера в международных водах (за исключением Аляски и Гавайи, где пассажиры, приобретающие алкоголь, должны быть не моложе 21 года).

Курение на корабле

Не на всех круизных лайнерах разрешено курить, бронируя круиз, обязательно уточняйте об этой возможности. Если на лайнере разрешено курить, то вы можете курить на балконе своей каюты, в казино, в Cigar Bar и на открытых палубах (исключение составляют: спортивная палуба, зона возле детского бассейна, точки питания). По правилам круизной компании и в целях заботы о здоровье некурящих пассажиров, не разрешается курение в общественных местах, таких как рестораны, лифты, театры и др. Пожалуйста, учтите, что курение на открытых палубах запрещено во время проведения обязательной учебной тревоги, во время пересадок на тендеры или во время заправки лайнера горючим.

Береговые экскурсии

Береговые экскурсии вы можете заказать предварительно в нашей компании или приобрести экскурсии в экскурсионном бюро на борту (как правило, оно находится рядом со стойкой регистрации). Мы рекомендуем бронировать экскурсии в первый день круиза или еще до начала круиза для того, чтобы быть уверенным, что попадете на экскурсию, которую хотите.

Имейте в виду, что любая экскурсия может быть отменена или изменена по существенным причинам: невозможности посещение порта из-за плохой погоды, недобора необходимого количества участников и др.

Во всех портах пассажир должен быть на судне не позднее, чем за час до отправления лайнера. Пожалуйста, не забывайте, что бортовое время меняется в зависимости от часового пояса и времени в порту захода. Обязательно следите за изменением времени на протяжении всего круиза. Если вы опоздали на лайнер, только вы несете ответственность за все затраты, которые вы понесете, догоняя лайнер по маршруту.

Учебная тревога

В первый день круиза проводится обязательная учебная тревога, где вам расскажут, как вести себя в экстренной ситуации.

Посетители на борту

В целях безопасности круизные компании не разрешают проводить посетителей на борту судна.

Сейф

Каждая каюта оборудована сейфом. Все ценные вещи и деньги храните в сейфе. Помните, что круизная компания не несет ответственность за потерю или повреждение ценных вещей, оставленных без присмотра в каюте или на борту лайнера.

 Другие особенности

▶️ Беременность
В целях безопасности, на борт не допускаются женщины со сроком беременности 24 недели и более на момент окончания круиза. При регистрации беременным женщинам необходимо иметь при себе документ с указанием сроков беременности.

▶️ Дети и пассажиры моложе 21 года
В силу ограниченных медицинских условий на борту круизные компании не принимают в круиз младенцев в возрасте до 6 месяцев или меньше. Для детей старше двух лет на борту есть детские кроватки.

Пассажиры моложе 21 года должны путешествовать в сопровождении родителя, опекуна или компаньона не моложе 21 года. Если сопровождающий не является официальным представителем или родителем, то необходимо нотариально заверенное разрешение на выезд ребенка из страны. Дети, путешествующие с одним родителем, должны иметь документ, подтверждающий согласие второго родителя о выезде ребенка из страны. Отсутствие соответствующего документа могут повести за собой отказ в посадке на лайнер без возмещения каких-либо компенсаций.

Пассажиры, не достигшие 18-летнего возраста, не допускаются в казино. При посещении фитнес-центра дети моложе 16 лет должны быть в сопровождении взрослого.

▶️Пассажири с инвалидностью
На всех лайнерах есть оборудованные каюты для людей с инвалидностью. Эти каюты оборудованы более широкими дверными проходами, более просторными ванными комнатами, с ярким светом и вибрирующим будильником для пассажиров с ограниченными зрительными и слуховыми возможностями.

Пассажиры должны уведомить компанию о любых индивидуальных медицинских, физических и других потребностях заранее во время бронирования круиза, так как для некоторых категорий при подтверждении бронирования необходимо получить письменное разрешение. В силу непредсказуемых обстоятельств в море, когда пассажир с инвалидностью не соответствует определенным критериям по безопасности или другим критериям, даже с учетом оказываемой помощи, круизная компания может счесть необходимым попросить пассажира забронировать альтернативные услуги.

Пассажиры, которые не могут самостоятельно удовлетворять свои базовые потребности (одеваться, есть, передвигаться и т.д.) должны путешествовать с компаньоном.